BAKI, 9 fevral. TELEQRAF

İsrail ordusunun xüsusi təyinatlı bölmələri Livanın cənubuna daxil olaraq "Əl-Camaa əl-İslam" sünni təşkilatının silahlı qanadı "Qüvvat əl-Fəcr"in komandirlərindən birini girov götürüb.

Teleqraf xəbər verir ki, bu barədə məlumat qruplaşmanın "X" sosial şəbəkəsindəki rəsmi bəyanatında yer alıb.

Məlumata görə, xüsusi əməliyyat fevralın 9-na keçən gecə Livanın sərhədyanı Hasbayya sektorundakı Əl-Habbariyə qəsəbəsində reallaşdırılıb. Qruplaşma İsrail hərbçilərinin onların hərbi nümayəndəsi Atvi Atvini yaşadığı evdən qaçıraraq İsrail ərazisinə apardıqlarını bildirib.