BAKI, 3 fevral. TELEQRAF

“Bacardığımız qədər düşmənə “yox” deməli, təslim olmamalı və ona qarşı mübarizə aparmalıyıq. Çünki gücdən məhrumetmə bəhanəsi mövcudluğumuza son qoymaq üçün sadəcə giriş mərhələsidir”.

Teleqraf xəbər verir ki, bunu Livanın “Hizbullah” hərəkatının baş katibi Naim Qasım deyib.

“İran İslam Respublikası davam edən bu qarşıdurmada ABŞ və İsraili məğlub edə bilər”, - o bildirib.