BAKI, 9 yanvar. TELEQRAF

İranın Ali Milli Təhlükəsizlik Şurası ölkədəki etirazların təşkilində İsrail və ABŞ-ni günahlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Təhlükəsizlik Şurası hüquq-mühafizə orqanlarının İsrail və ABŞ-nin ölkədə vəziyyəti pozmaq planlarını neytrallaşdıracağına söz verib:

“Son günlərdəki iğtişaşlar iqtisadi qeyri-sabitliyə qarşı etirazlarla başlasa da, sionist düşmən (İsrail – red.) onları ölkədə sabitliyi pozmaq istiqamətinə yönəltdi. (ABŞ Prezidenti Donald) Trampın son açıqlamaları isə İran xalqının yaşamaq əsaslarını sarsıtmağa çalışan iki rejim arasındakı işbirliyini bir daha təsdiqləyir. İran xalqı artıq bir dəfə İsraillə 12 günlük müharibə zamanı öz birliyini nümayiş etdirərək, düşməni strateji məğlubiyyəti qəbul etməyə məcbur edib. Bu gün də eyni birliklə onların bütün dağıdıcı planlarını puça çıxaracağıq”.