BAKI, 9 yanvar. TELEQRAF

"Türkiyə Hava Yolları" İstanbulla İranın paytaxtı Tehrana planlaşdırılan uçuşları ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Qərar Tehran və İranın digər bölgələrində davam edən kütləvi iğtişaşlarla əlaqələndirilib.

Məlumata görə, aviaşirkətin 9-10 yanvar tarixlərində Tehran, Təbriz və Məşhəd istiqamətində 17 uçuşu ləğv olunub.