BAKI, 5 yanvar. TELEQRAF

İranlı deputat Manuçöhr Möttəki ABŞ Prezidenti Donald Trampın İranla bağlı xəbərdarlıqlarına cavab olaraq, amerikalıları onun qarşısını ümumxalq üsyanına başlamaqla almağa çağırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə İranda davam edən etiraz aksiyalarını şərh edərkən deyib.

“Narazı xalqın etirazlarına dözməliyik, amma ABŞ, İngiltərə və İsrailə bağlı olanlara, iğtişaş və qarışıqlıq yaradanlara qarşı isə zərrə qədər güzəşt yolverilməzdir. Rəhbər (Əli Xamenei) də buyurub ki, onlar yerində oturdulmalıdır, elə də olacaq”, - deputat bildirib.

Donald Tramp bundan əvvəl Tehrana xəbərdarlıq edərək bəyan edib ki, İranda davam edən dinc etiraz aksiyalarının qarşısı zorakılıqla alınsa, ABŞ ölkəyə müdaxilə edəcək.