BAKI, 31 dekabr. TELEQRAF

“Elə bir durumdayıq ki, ölkənin düşmənləri tərəfindən xarici təzyiqlər göstərilir. Təəssüf ki, daxildə də bəzən həmrəylik və dəstək əvəzinə, bəzi mövqe və addımlar zəifləmə və zərərə səbəb olur”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ölkədə davam edən etiraz aksiyaları barədə danışarkən deyib.

Prezident hazırkı şəraitdə məsuliyyətin üzərinə götürülməsini “son dərəcə çətin və mürəkkəb iş” adlandırıb.