Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər strateji tərəfdaşlıqlarını davam etdirmək niyyətlərini təsdiqləyiblər. Söhbət zamanı ikitərəfli əlaqələr və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyev 2026-cı il üçün planları, o cümlədən Türkmənistanda keçirilməsi planlaşdırılan Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşü və MDB Dövlət Başçıları Şurasının iclasına hazırlıqları müzakirə edib. Su məsələləri və bu mövzuda fəaliyyətlərin əlaqələndirilməsinə xüsusi diqqət yetirilib.