BAKI, 23 dekabr. TELEQRAF
İraqın Energetika Nazirliyi qonşu İrandan təbii qaz tədarükünün tam dayandırıldığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Əhməd Musa açıqlama verib. .
“İran qazının tədarükü tamamilə dayandırılıb”,- o qeyd edib.
Məlumata görə, tədarükün dayandırılmasına səbəb İran obyektlərində yaranmış fövqəladə vəziyyətdir və Tehran bu barədə Bağdadı rəsmi şəkildə məlumatlandırıb. Nazirliyin açıqlamasında deyilir:
“İran tərəfi Elektrik Enerjisi Nazirliyinə teleqram göndərərək, gözlənilməz hallar səbəbindən qaz tədarükünün tam dayandırıldığını xəbər verib”.
Əhməd Musa əlavə edib ki, İraq bu vəziyyətlə bağlı yerli alternativ yanacaqdan istifadə etməyə başlayıb.