BAKI, 12 dekabr. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” Hərəkatının “Radvan” xüsusi təyinatlı qüvvələrinin təlim düşərgəsinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri “Radvan” xüsusi təyinatlı qüvvələrinin terrorçulara müxtəlif silahlardan istifadəni öyrətmək üçün istifadə etdiyi təlim düşərgəsinə hücum edib”, - açıqlamada deyilir.

Mətbuat xidməti həmçinin Livanın cənubunda bir neçə əlavə “Hizbullah” hədəfinin də vurulduğunu bildirib.