BAKI, 5 dekabr. TELEQRAF
ABŞ dövlət katibinin müavini Maykl C. Riqas və İraq xarici işlər naziri Fuad Hüseyn arasında aparılan danışıqlardan sonra rəsmi Vaşinqton növbəti dəfə ölkədə İrana bağlı silahlı qrupların ləğv edilməsinin vacibliyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Dövlət katibi Marko Rubionun əvvəlki açıqlamalarına istinad edilən açıqlamada qeyd olunub ki, ABŞ İranın İraqda dəstəklədiyi bu ölkənin suverenliyini zəiflədən, amerikalılar və iraqlıları təhdid edən, İraqın sərvətlərini İran üçün talayan hərbi qrupların ləğv edilməsinin zəruriliyi barədə açıq danışmağa davam edəcək.
Vurğulanıb ki, İraqdakı siyasi proseslər və regional təhlükəsizliklə bağlı narahatlıqlar İraqın gələcəyi və Yaxın Şərqdə güc balansı üçün mühüm nəticələr doğurur.
Xatırladaq ki, noyabrın 20-də İraqda parlament seçkiləri keçirilib, amma müxtəlif qruplar hələ də yeni hökumətin formalaşdırılması barədə yekun qərara gələ bilməyiblər.