BAKI, 5 dekabr. TELEQRAF

“İranla yaranmış çıxılmaz vəziyyətə ya danışıqlar, ya da tammiqyaslı müharibə ilə son qoyulmalıdır”.

Teleqraf xəbər verir ki, bunu İsrail Hərbi Hava Qüvvələrinin keçmiş komandanı İtan Ben-Eliyahu deyib.

“İsraillə İran arasındakı qarşıdurma elə bir nöqtəyə çatıb ki, yalnız iki yol qalıb: danışıqlar və ya genişmiqyaslı müharibə, o cümlədən qurudan hücum”, - o bildirib.

İsraillə İran arasındakı 12 günlük müharibəyə toxunan Ben-Eliyahu qeyd edib ki, bu kampaniya Tehranın nüvə potensialına ciddi zərər vursa da, onu tamamilə məhv etməyib:

“Hücumumuzun zəif tərəfi o idi ki, İranın nüvə proqramını tamamilə məhv etmədik, amma onu uzun illər geri saldıq. İndi ya qurudan hücumla tammiqyaslı müharibəyə qərar verməli, ya da iqtisadi təzyiqləri danışıqlara qaytarmaq cəhdləri ilə korrdinasiyalı aparmalısınız”.