BAKI, 27 noyabr. TELEQRAF
ABŞ prezidentinin xüsusi nümayəndəsi Tomas Barak Livan ordusunun ilin sonuna kimi “Hizbullah” Hərəkatını tərksilah etmək məqsədinə çata biləcəyinə şübhə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə “The New York Times” qəzetinə açıqlamasında deyib.
Bununla belə, xüsusi nümayəndə hesab edir ki, Livan daxilində və İsraillə sərhəddə vəziyyətin sabitləşdirilməsi baxımından buna alternativ yoxdur.
Livanın maliyyə naziri Yasin Cabir də öz növbəsində “The New York Times” qəzetinə izah edib ki, tərksilah prosesini bu ilin sonuna qədər başa çatdırmaq mümkün olmaya bilər. Nazir imkanları az olan ordudan möcüzə gözləməməyə çağırıb.
“İsrail ordusunun hərəkətləri Livan Silahlı Qüvvələrinin səylərini baltalayır”, - Cabir əlavə edib.
Xatırladaq ki, “Hizbullah”ın tərksilah olunması Livanla qalıcı atəşkəs və sülh üçün İsrailin tələbidir.