BAKI, 19 noyabr. TELEQRAF
ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun noyabrın 19-da İstanbulda Fələstinin HƏMAS Hərəkatının lideri Xəlil əl-Həyya ilə danışıqlar aparacağı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə HƏMAS-a yaxın olan “Maan” agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, ABŞ nümayəndəsi ilə HƏMAS rəhbərliyi arasında aparılan danışıqlar Donald Tramp administrasiyasının Fələstin hərəkatı ilə birbaşa təmas niyyətindən xəbər verir.
Uitkoffun əl-Həyya ilə Türkiyədə mümkün görüşü Prezident Donald Trampın Qəzza zolağında sülh planının açıqlanmasından sonra ikinci görüş olacaq. ABŞ prezidentinin nümayəndəsi və HƏMAS lideri bundan əvvəl oktyabrda Misirin paytaxtında görüşmüşdü. Danışıqlarda ABŞ prezidentinin kürəkəni Cared Kuşner də iştirak etmişdi.