BAKI, 17 oktyabr. TELEQRAF
“HƏMAS-ın gələcəyi yoxdur, ona görə də tərsilah olmalıdır”.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
“HƏMAS qəti şəkildə tərksilah olmalıdır. Onun Qəzzada gələcəyi yoxdur”, - xüsusi nümayəndə bildirib.
Stiven Uitkoff Qəzza zolağında döyüşlərin bitməsindən sonrakı keçid mərhələsi haqqında da danışıb:
“Bu, uzun müddət əziyyət çəkənlər, Qəzza xalqı üçün iş, təhsil, ümid və arzular üçün imkanları ehtiva etməlidir”.