BAKI, 13 oktyabr. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Misirin Şarm əl-Şeyx şəhərində HƏMAS nümayəndələri ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Al Araby" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Stiven Uitkoff ABŞ Prezidenti Donald Trampın İsrailin Qəzza sektorunda hərbi əməliyyatları yenidən başlamayacağına dair sözlü zəmanətini HƏMAS nümayəndələrinə çatdırıb.