BAKI, 8 oktyabr. TELEQRAF

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında 7 bələdiyyənin sədri AKP-yə keçib.

Teleqraf xəbər verir ki, onlara partiya nişanını Türkiyə Prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğan şəxsən taxıb.

AKP-yə qoşulan bələdiyyə sədrləri bunlardır:

Göle (Ardahan) – Gökhan Budak (CHP)

Şiran (Gümüşhane) – Abdulbaki Kara (DP)

Bulanık və Rüstem Gedik (Muş) – Abid Özdemir (DEVA)

Sarıpınar (Uşak) – Ataş Uşak (DEVA)

İlıcalar (Bingöl) – Eşref Varol (Yeni Rifah)

Ören (Giresun) – Soner Erkan (Yeni Rifah)

Sancak (Bingöl) – Hayrettin Küçük (Yeni Rifah)

Beləliklə, müxalifət partiyalarından olan bu 7 bələdiyyə sədri rəsmi olaraq AKP-yə qoşulub.