BAKI, 26 sentyabr. TELEQRAF
“Türkiyənin heç kimin haqqında və suverenliyində gözü yoxdur. Amma haqqı və maraqlarını qorumaq əzmindədir. Aralıq dənizinin resursları ilə bağlı mövqeyimiz bəllidir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ səfərindən sonra jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu resurslardan öz payımızı alacağıq və qonşularımızla qarşılıqlı qazanc prinsipi əsasında işləyəcəyik. Türkiyənin qətiyyətli mövqeyi regionda hesablamaların yenidən aparılmasına səbəb olur. Türkiyənin indi masa arxasında söz sahibi, qərarverici və liderlik gücü var”, - dövlət başçısı bildirib.