BAKI, 22 sentyabr. TELEQRAF
Qərbin Fələstin dövlətini tanımaq üçün atdığı son addımlar heç bir nəticəsi olmayan bəyanatlardır.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin BMT-dəki səfiri Danni Danonun “X” sosial şəbəkəsində etdiyi paylaşımda deyilir.
“Heç bir ölkənin bəyanatı hər şeydən əvvəl girovların geri qaytarılmalı və HƏMAS-ın məğlub edilməli olduğu faktını dəyişməyəcək”, - Danon yazıb.
Xatırladaq ki, daha əvvəl Netanyahu Fələstin dövlətçiliyinin baş tutmayacağını və İsrailin İordan çayının qərb sahilində məskunlaşmanı genişləndirməyə davam edəcəyini bildirmişdi