BAKI, 20 sentyabr. TELEQRAF

Türkiyə müdafiə naziri Yaşar Gülər ​​Suriyanın ölkəsindən hərbi yardım istəyəcəyi təqdirdə lazımi dəstəyin veriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə yerli KİV-ə müsahibəsində bildirib.

SDQ/YPG terror təşkilatının martın 10-da Dəməşqlə imzalanan razılaşmaya uyğun hərəkət etmədiyinə diqqət çəkən müdafiə naziri Suriyada əməliyyat siqnalı verib.

“SDQ terror təşkilatı müəyyən edilmiş cədvələ əməl eməzsə, Suriyanın yeni hökumətinin yardım istəyi ilə Türkiyə Suriyanın unitar quruluşunu və ərazi bütövlüyünü qorumaq əzmi, beynəlxalq hüquq və özünümüdafiə hüququ çərçivəsində hərəkətə keçəcək və lazımi dəstəyi verəcək”, - Yaşar Gülər qeyd edib.