BAKI, 17 sentyabr. TELEQRAF

Türkiyəyə qarşı kampaniya aparılır, məqsəd ölkəni İsraillə hərbi qarşıdurmaya sürükləməkdir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin hakimiyyətə yaxın "Hürriyet" qəzetinin şərhçisi Abdulkadir Selvi bildirib.

"İsrail mətbuatında yayılan iddialara görə, Türkiyə Fələstin hərəkatı HƏMAS-a öz ərazisində infrastruktur təmin edir. Bu səbəbdən İsrailin Qətərdəki HƏMAS hədəfinə zərbəsindən sonra növbəti hədəf Türkiyə ola bilər", - o qeyd edib.

Abdulkadir Selvi deyib ki, qaçaq FETÖ üzvləri və İsrail kəşfiyyatı - MOSSAD birgə fəaliyyətlə ictimai rəy formalaşdırmağa çalışır:

"Amma Türkiyə lazımi tədbirlər görür və regiondakı mövqelərini gücləndirir. Türkiyə və İsrail regionda rəqibdir. Suriya məsələsində İsrail uduzur, Türkiyə isə mövqelərini gücləndirir. Türkiyənin təhlükəsizliyi yalnız Ankarada deyil, həm də Beyrut, Dəməşq və Bağdadda başlayır".