BAKI, 16 sentyabr. TELEQRAF

“Nə olacağını görəcəyik”.

Teleqraf xəbər verir ki, bunu İsrailin Qəzza zolağında mümkün yeni quru əməliyyatlarını şərh edən ABŞ Prezidenti Donald Tramp deyib.

HƏMAS-ın Qəzzada girovları canlı qalxan kimi istifadə etməsi məsələsinə toxunan Amerika lideri qeyd edib:

“HƏMAS girovlardan canlı qalxan kimi istifadə edərsə, cəhənnəmin qapılarını onların üzünə açacağıq”.

Donald Tramp Qəzzədakı vəziyyətdən heç kimin məmnun olmadığını da sözlərinə əlavə edib.