BAKI, 27 avqust. TELEQRAF

Bu iş Qəzzada başladı, Qəzzada da bitəcək!

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Təhlükəsizlik Kabinetinin Qəzza ilə bağlı iclasından sonra çıxış edib.

"Biz o vəhşiləri orada saxlamayacağıq. Bütün girovlarımızı azad edəcəyik. Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin edəcəyik," - baş nazir deyib.

O, hökumətinin Fələstin dövlətinin yaradılmasına mane olduğunu söyləyib.

"Mən dedim ki, biz Fələstin dövlətinin yaradılmasının qarşısını alacağıq - biz bunu birlikdə edirik. Mən dedim ki, biz torpağımızın, vətənimizin bir hissəsini tikəcəyik və qoruyacağıq - və biz bunu da edirik", - o bildirib.