BAKI, 20 avqust. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatının məğlubiyyətini sürətləndirmək üçün Qəzza zolağının ələ keçirilməsi əməliyyatının müddətini qısaltmaq barədə əmr verib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin ofisinin bəyanatında deyilir.

"Baş nazir terrorçuların son sığınacaqlarını mümkün qədər tez məhv etmək və HƏMAS-ın tam məğlubiyyətinə nail olmaq üçün əməliyyatı sürətləndirməklə müddətini qısaltmaq barədə göstəriş verib", - bəyanatda qeyd olunur.