BAKI, 10 avqust. TELEQRAF

İsrailin Təhlükəsizlik Kabineti orduya HƏMAS-ın Qəzzadakı son iki sığınacağını dağıtmağı əmr edib.

Teleqraf xəbər verir ki, bu bəyanatla İsrailin Baş naziri Binyamin Netanyahu mətbuat konfransında çıxış edib.

O həmçinin bir daha İsrailin Qəzzada apardığı əməliyyatların məqsədinə toxunub.

“İsrailin məqsədi Qəzza zolağını işğal etmək deyil, Fələstin anklavını radikal HƏMAS hərəkatından azad etməkdir”, - Netanyahu deyib.

Onun sözlərinə görə, HƏMAS silahı yerə qoyacağı və qalan bütün girovları azad edəcəyi təqdirdə, müharibə elə sabah bitə bilər.

Bununla belə, Baş nazir HƏMAS silahlılarının bundan imtina etdiyini diqqətə çatdırıb.