BAKI, 7 avqust. TELEQRAF
HƏMAS məmurların maaşlarını ödəmək üçün gizli sistem qurub.
Teleqraf xəbər verir ki, bu barədə "BBC Türkçe" məlumat yayıb.
Heç bir bankın fəaliyyət göstərmədiyi və amansız müharibənin getdiyi Qəzzada dövlət büdcəsindən maliyyələşən təşkilatların məmurları ciddi maddi vəsait çatışmazlığı çəkir. HƏMAS problemi həll etmək üçün maaşları nağd şəkildə verilməsini təmin edən gizli bir sistem yaradılıb. Belə ki, işçilərə çaya dəvət mesajı göndərilir. Təyin olunan yerdə isə işçilər zərf içində maaşlarını alırlar.
Maaşların 10 həftədən bir və tam şəkildə ödənmədiyi bildirilir.