BAKI, 8 sentyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər və ölkələri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.