BAKI, 8 sentyabr. TELEQRAF

Fransanın PSJ klubunun UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə qazana biləcəyi məbləğ açıqlanıb.

Teleqraf “The Touchline” nəşrinə istinadla xəbər verir ki, Paris təmsilçisi turnirin qalibi olacağı təqdirdə təxminən 150 milyon avro gəlir əldə edə bilər.

PSJ-nin “Value Pillar” proqramı çərçivəsində artıq 63,97 milyon avro qazanacağı bildirilir. Bu məbləğ klubun turnirdəki nəticələrindən asılı olmayaraq, media fəaliyyəti və UEFA reytinqi kimi göstəricilər əsasında müəyyənləşir.

Qeyd edək ki, PSJ son iki Çempionlar Liqası mövsümünün qalibi olub. Paris təmsilçisi yeni mövsümə sentyabrın 9-da evdə Slovakiyanın “Slovan” klubuna qarşı oyunla başlayacaq.