BAKI, 8 sentyabr. TELEQRAF
Sentyabrın 12-də Azərbaycan Premyer Liqasının V turunda keçiriləcək “Kəpəz” – “Qəbələ” oyunundan əvvəl veteran futbolçu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə Şəhər Stadionunda bir dəqiqəlik sükut elan olunacaq.
Teleqraf xəbər verir ki, bununla bağlı “Kəpəz” rəhbərliyinin Peşəkar Futbol Liqasına (PFL) müraciətinə müsbət cavab verilib.
Bir dəqiqəlik sükut zamanı stadionun ekranlarında Mehman Hacıyevin fotosu nümayiş etdiriləcək.