BAKI, 8 sentyabr. TELEQRAF
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bu barədə Teleqraf-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, idarənin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Nissan” markalı, 10-TJ-667 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Məmmədov Fərhad saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.