BAKI, 8 sentyabr. TELEQRAF

Azərbaycanın rəqəmsallaşma gündəliyindəki əsas hədəfi dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını 80%-dən yuxarı qaldırmaqdır.

Teleqraf xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov deyib.

O bildirib ki, son zamanlar Azərbaycan bu sahədə bir sıra strateji sənədlər qəbul edib.

F.Osmanovun sözlərinə görə, bu sənədlərə rəqəmsal inkişaf konsepsiyası, AI (süni intellekt) strategiyası, rəqəmsal sürətləndirmə fəaliyyət planı aiddir.