BAKI, 8 sentyabr. TELEQRAF

Rusiyanın “Rossotrudniçestvo” agentliyi ilk dəfə MDB məkanında tərəfdaş “Rus Evi” proqramını genişləndirir, bu çərçivədə Ermənistanın Artaşat və Aştarak şəhərlərində iki yeni mərkəz açılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya qurumunun rəhbəri İqor Çayka bildirib.

“Bu gün önəmli addım atırıq. Daha 11 “Rus Evi” tərəfdaş mərkəzinin açılması üçün müqavilə imzalayırıq. Şəbəkəmizi faktiki olaraq 50 faizə qədər genişləndiririk. Təkcə “Rus Evi” tərəfdaş mərkəzlərini yeni ölkələrdə və məkanlarda açmırıq, həm də proqramın özünü əhəmiyyətli dərəcədə dəyişdiririk. İmzaladığımız müqavilələr yeni əməliyyat prinsiplərinə əsaslanır.

İlk dəfə bu proqramla MDB məkanda, Ermənistanın Artaşat və Aştarak şəhərlərində iki tərəfdaş “Rus Evi”miz fəaliyyət göstərəcək. Afrikada mədəni, elmi, idman, təhsil və humanitar əlaqələrin inkişafı xüsusi əhəmiyyət daşıyır. Yeni açılacaq 11 tərəfdaş “Rus evi”ndən 8-i məhz Afrikada yerləşəcək”, - Çayka deyib.

Qeyd edək ki, “Rossotrudniçestvo” - Rusiyanın Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyidir.