BAKI, 8 sentyabr. TELEQRAF

“Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsinin səbəblərindən biri Rusiya ilə bağlıdır”.

Teleqraf xəbər verir ki, bunu mətbuat konfransında Ermənistanın sabiq liderinin oğlu, deputat Levon Köçəryan bildirib.

O bildirib ki, Bişkekdə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü zamanı atasının həbsi məsələsinin müzakirə olunub-olunmadığı barədə təfərrüatlı məlumata malik deyil. Bununla belə, o vurğulayıb ki, məsələnin Rusiya rəsmilər tərəfindən gündəmə gətirilməsi onun əhəmiyyətini göstərir.

Levon Köçəryan Robert Köçəryanın həbsi ilə İrəvan və Moskva arasındakı münasibətlər arasında açıq əlaqə görür: “Atam həmişə Rusiya ilə dostluq, tərəfdaşlıq və strateji münasibətlərin tərəfdarı olub. Rusiyaya qarşı düşmənçilik etməyə ehtiyacımız olmamalıdır. Qərblə münasibətləri inkişaf etdirmək olar və lazımdır, amma bunu Rusiya ilə düşmənçilik hesabına etmək olmaz”.