BAKI, 24 iyul. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs danışıqlarının davam etdirilməsi məqsədilə vasitəçilərin irəli sürdüyü son təklifə cavabı verdiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, hərəkat bir müddət əvvəl Fələstin fraksiyalarının atəşkəs təklifinə cavabını təqdim etdiyini vurğulayıb.

Bəyanatda başqa təfərrüatlar göstərilməyib.

Xatırladaq ki, daha əvvəl İsrail tərəfi HƏMAS-ı atəşkəslə bağlı qəbuledilməz tələblər irəli sürməkdə ittiham etmişdi.