BAKI, 17 iyul. TELEQRAF
İsrail nümayəndələri Qəzza zolağında atəşkəslə bağlı davam edən danışıqlarda vasitəçilər olan Misir və Qətərə bölgədə “humanitar şəhər” yaratmaq niyyətində olduqlarını bildiriblər.
Teleqraf xəbər verir ki, bu barədə “The National” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bilidirilib ki, bu şəhər Qəzza sakinlərinin məcburi yerləşdirilməsi üçün nəzərdə tutulur.
Planlara görə, burada 600 minə yaxın fələstinli yerləşdirilməlidir.
Qeyd edilir ki, onlar əvvəlcə radikal HƏMAS hərəkatı ilə əlaqələrinin olub-olmamasına görə yoxlanacaq və daha sonra şəhərə daxil ediləcəklər.
"Bu insanlar şəhərin ərazisini icazəsiz tərk edə bilməyəcəklər. Eyni zamanda, sərhəd boyunca 2 kilometr dərinliyində təhlükəsizlik zonası yaradılması planlaşdırılır", - məlumatda deyilir.