BAKI, 17 iyul. TELEQRAF
Bağdadın cənubunda Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 63-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə INA məlumat yayıb.
Baş verən yanğın zamanı 40 nəfər xəsarət alıb.
***
10:02
İraqda Bağdadın cənubunda yerləşən Kut rayonunda ticarət mərkəzində güclü yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Vasit vilayətinin qubernatoru Məhəmməd Cəmil əl-Mayya bildirib.
Onun sözlərinə görə, yanğının səbəbi hələ tam məlum deyil və məsələ ilə bağlı araşdırma aparılır.
"Hadisə nəticəsində təxminən 50 nəfər həyatını itirib. Bölgədə üçgünlük matəm elan olunub", - qubernator qeyd edib.