BAKI, 15 iyul. TELEQRAF
İsrail hərbi təyyarələri Livanın şərqində yerləşən Bəkaa vadisindəki bəzi kəndlərin ətrafını bombalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri məlumat yayıb.
Bildirilir ki, İsrail təyyarələri Livanla Suriya sərhədində yerləşən dağlıq əraziyə də zərbələr endirib.
Qeyd olunur ki, hazırda xəsarət alanlar və dağıntılarla bağlı məlumat yoxdur.