BAKI, 9 iyul. TELEQRAF

İsrail müharibənin bütün hədəflərinə çatmaqda qərarlıdır.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

O vurğulayıb ki, bu hədəflər arasında Qəzzada saxlanılan girovların azad edilməsi və HƏMAS-ın hərbi potensialının tamamilə məhv edilməsi əsas prioritetlərdir.

"İsrail bu istiqamətdə əməliyyatları davam etdirmək niyyətindədir və geri çəkilmək fikrində deyil", - Netanyahu qeyd edib.