BAKI, 6 iyul. TELEQRAF

İsrail ordusunun ötən gün Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 78 fələstinli ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilir ki, son bir neçə həftə ərzində Qəzza zolağında 700 nəfərdən çox fələstinli ərzaq yardımı almağa çalışarkən öldürülüb.

Ümumilikdə, 2023-ci ilin oktyabrında silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzzada 57,3 mindən çox insan ölüb, 136 min nəfər yaralanıb.