BAKI, 24 iyun. TELEQRAF

“Qətər Dövləti İranın son addımlarına cavab vermək hüququnu özündə saxlayır”.

Teleqraf xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyindən BMT Baş katibinə ünvanlanmış məktubda bildirilib.

“Əl-Udeyd bazasına raket hücumu Qətərin təhlükəsizliyini təhlükə altına alan və bütün regionda sabitliyə zərər verən ciddi eskalasiya təşkil edir. Bu, qətiyyətlə pislənilir və Qətərin suverenliyinin, hava məkanının və beynəlxalq hüququn kobud şəkildə pozulması hesab olunur. Qətər hücumun xarakterindən və əhatə dairəsindən asılı olaraq, birbaşa cavab vermək hüququnu özündə saxlayır”, - məktubda vurğulanıb.

Xatırladaq ki, İran Silahlı Qüvvələri dünən ABŞ Hərbi Hava Qüvvələrinin iyunun 22-də nüvə obyektlərinə hücumuna cavab olaraq, Vaşinqtonun Qətərdəki hərbi bazasına (Əl-Udeyd) raket zərbələri endirmişdi.