BAKI, 24 iyun. TELEQRAF

“İrana qarşı müharibədə sarsıdıcı qələbə qazandıq”.

Teleqraf xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç İranla əldə edilmiş atəşkəs razılaşmasını şərh edərkən deyib.

“Şübhə yoxdur ki, bu səhər acı bir dad buraxır. Amma bütün kədərimizə baxmayaraq, İrana qarşı kampaniyada sarsıdıcı qələbə qazandıq. İndi bütün gücümüzlə Qəzza məsələsini həll edəcəyik”, - nazir vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.