BAKI, 21 iyun. TELEQRAF
İsrail ordusu iyunun 13-də hücum başlayandan bəri İran Silahlı Qüvvələrinin 200-dən çox raket buraxılış sistemini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Hərbi hava Qüvvələri məlumat yayıb.
“Hərbi Hava Qüvvələri İran ordusunun 200-dən çox raket buraxılış qurğusunu sıradan çıxarıb. İsrail Dövlətinə doğru atışların sayını azaldırıq”, – məlumatda deyilir.