BAKI, 21 iyun. TELEQRAF

“ABŞ-nin İsrailin İrana hücumlarına qoşulması hamı üçün təhlükə yaradacaq”.

Teleqraf xəbər verir ki, bunu Türkiyədə səfərdə olan İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“ABŞ-nin bu münaqişənin bir hissəsi olması qənaətinə əvvəldən gəlmişik. Ümid edirik ki, bu hücuma qoşulmaz, çünki bu, hamı üçün təhlükəli olardı” – nazir bildirib.