BAKI, 19 iyun. TELEQRAF

Bu gün İsrailin Beer-Şeva şəhərindəki “Soroka” xəstəxanasına endirilən raket zərbəsi əslində xəstəxana deyil, binanın altında yerləşən gizli hərbi baza məqsəd alınaraq həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, hücumun məqsədi mülki obyektlər deyil, strateji hərbi infrastrukturu vurmaq olub.

***

10:00

İranın İsrail ərazisinə endirdiyi raket zərbələrinin hədəfi xəstəxana yaxınlığında yerləşən İsrail ordusuna məxsus hərbi qərargah və kəşfiyyat obyektidir.

Teleqraf xəbər verir ki, bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.

Məlumatına görə, hücumun məqsədi mülki obyektlər deyil, bölgədə yerləşən hərbi və kəşfiyyat infrastrukturlarının məhv edilməsi olub.

***

09:36

İran İsrailin ərazisinə raket zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, ballistik raketlərdən biri Beer-Şeva şəhərində yerləşən “Soroka” Tibb Mərkəzinə düşüb.

Hücum nəticəsində azı 10 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.