BAKI, 18 iyun. TELEQRAF

İsrailin Təhlükəsizlik Kabineti ABŞ-nin İrana qarşı müharibəyə girəcəyi ehtimalı fonunda bu axşam toplanacaq.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

“ABŞ-nin müharibəyə girəcəyi ehtimalı fonunda genişləndirilmiş Təhlükəsizlik Kabineti bu axşam toplanacaq. Nazirlər əvvəlcədən açıqlanmayan toplantı yerinə xüsusi və təhlükəsiz nəqliyyat vasitələri ilə gələcəklər”, - məlumatda deyilir.