BAKI, 17 iyun. TELEQRAF

“İsrail İranla uzunmüddətli müharibə apara bilməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Təlayin deyib.

“Bizə müəyyən ziyan dəysə də, sionist düşmən (İsraili nəzərdə tutur - red.) strateji baxımdan müqavimət göstərmək və uzunmüddətli müharibəyə tab gətirmək iqtidarında deyil. Bu rejim, bu sionist düşmən məğlub olacaq. Sionist rejimin onurğa sütunu qırılacaq”, - sözçü bildirib.