BAKI, 17 iyun. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin iyunun 13-dən davam edən hava hücumları zamanı İranın raket buraxılış qurğularının 40 faizi məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV-ə Müdafiə Qüvvələrindən bildirilib.

“İrandan raket zərbələrinin azalmasının səbəbi İsrail hərbi aviasiyasının raket buraxılış qurğuları və raketlərə qarşı davamlı fəaliyyətidir. İndiyədək İranın raket buraxılış qurğularının 40 faizi məhv edilib”, - məlumatda deyilir.