BAKI, 17 iyun. TELEQRAF

Gecə saatlarında İrandan İsrailə 10-a yaxın ballistik raket atılıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Şəhər ərazilərində dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Məlumatda deyilir ki, üç ardıcıl gecədən sonra raketlərin sayında əhəmiyyətli dərəcədə azalma olduğunu göstərir.

Müharibə başlayandan indiyədək İrandan 15 atış zamanı 380 ballistik raket buraxılıb.