BAKI, 16 iyun. TELEQRAF

İsrail İrana nüvə problemini sülh yolu ilə həll etmək şansı vermişdi.

Teleqraf xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ABC telekanalına müsahibəsində belə deyib.

O bildirib: "Lakin indi hərbi əməliyyatı qalibiyyətlə sona çatdırmaqda qərarlıyıq".