BAKI, 9 sentyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turuna start verilib.
Teleqraf xəbər verir ki, “Sabah”ın rəqibləri olan Almaniyanın “Borussiya” (Dortmund) və İspaniyanın “Vilyarreal” komandaları üz-üzə gəlib.
Qarşılaşma Dortmund təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionlar Liqası
I tur
AEK - LASK - 1:0
“Brügge” - “Aston Villa” - 2:3
“Borussiya” (Dortmund) - “Vilyarreal” - 3:2
“Portu” - “Mançester Siti” - 0:2
“Lill” - “Real Betis” - 2:3
“Real Madrid” - “İnter” - 2:1
Beləliklə, ilk oyun günündə keçirilən altı qarşılaşmanın heç biri heç-heçə başa çatmayıb.
Qeyd edək ki, Çempionlar Liqasının ilk turunun növbəti qarşılaşmaları sentyabrın 9 və 10-da keçiriləcək.