BAKI, 8 sentyabr. TELEQRAF

Peru ABŞ-nin yaratdığı "Amerika Qalxanı" alyansına qoşulub.

Teleqraf xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bu barədə Perunun " El Comercio" qəzetində dərc olunmuş məqaləsində bildirib . Məqalədə regiona səfəri ilə eyni vaxta təsadüf edib.

“Peru ilə bağlı olaraq, ortaq 200 illik tariximizi gələcəyə daşımaq üçün yeni Fujimori hökuməti ilə işləməyi böyük nikbinliklə gözləyirik. İndi NATO-dan kənar mühüm müttəfiq olan Perunu Amerika Qalxanına dəvət etməklə yarımkürəmizi transmilli və regional təhlükələrdən qorumaq üçün səylərimizi sinxronlaşdırırıq”, - deyə Peruya səfər edəcək Rubio yazıb.

O həmçinin məqaləsində Çinin Cənubi Amerikadakı təsirini qeyd edərək ABŞ şirkətləri ilə əməkdaşlığın daha faydalı olduğunu iddia edib. Dövlət katibi yazıb: "Bölgəmizdəki hər bir ölkənin tərəfdaşlarını seçmək üçün suveren hüququ var. Biz yalnız bu seçimlərin mütləq şəffaflıq şəraitində, bütün şərtlər və qaydalar ictimaiyyət üçün açıq şəkildə edilməsini xahiş edirik".

"Amerika Qalxanı" ABŞ və bir neçə Latın Amerikası ölkəsi arasında narkotik kartelləri ilə mübarizə aparan və birgə hərbi əməliyyatlar aparan ittifaqdır.